Описание
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Sağlamlıq imkanları məhdud uşaqların (serebral iflic) reabilitasiyası ilə bağlı valideynlərin bacarıqlarının artırılması üzrə innovativ təşəbbüslərin həyata keçirilməsi” adlı layihə çərçivəsində hazırlanmışdır.
Layihənin məqsədi serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların inkişafının təmin olunması üçün valideynlərin dəstəklənməsi, bacarıqlarının artırılması və bu istiqamətdə elektron resurslardan istifadənin genişləndirilməsidir.
Layihə çərçivəsində nevroloq, pediatr, fizioterapevt, psixoloq, loqoped, özəl pedaqoq və müalicəvi idman müəllimlərinin iştirakı ilə serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri üçün evdə reabilitasiyaya dəstək vermək məqsədilə video dərslərin hazırlanması və həmin video dərslər əsasında veb səhifənin və mobil tətbiq yaradılması nəzərdə tutulmuşdu.
Layihə vasitəsilə valideynlər uşaqlarının qayğısına qalmaq, onların təhlükəsizliyini təmin etmək və inkişaflarına dəstək olmaq üçün bacarıqlarının artırılmasını nəzərdə tutan video dərsləri izləyə biləcək, həmçinin bu tətbiq vasitəsilə valideynlər qrafik üzrə video dərslərə xatırlatma qoya biləcək, izlədiyi videoları müəyyən edə biləcək və planlaşdırma apara biləcək. Tətbiqdə maarifləndirici materiallar da yerləşdiril ki, bu da valideynlərə serebral iflic uşaqlarla bağlı resurs mərkəzi funksiyasını da yerinə yetirir.
Tətbiqin texniki şərtin hazırlanması, tətbiqin və veb səhifənin dizaynın hazırlanması, tətbiqin saytının proqramlaşdırılması, tətbiqin proqramlaşdırılması, tətbiqə texniki dəstək, tətbiqin hazırlanması üçün konsultantların cəlb olunması, tətbiqin istifadəsi ilə bağlı təlimatların hazırlanması, uşaqların fərdi məşğələlərin aparılması üçün video dərslərin hazırlanması, tətbiqin tanıtımı üçün materiallarının hazırlanması və tətbiqin təqdimatının təşkil olunması işləri layihə çərçivəsində icra olunmuşdur.
Layihə serebral iflic uşaqların inkişafına dəstək missiyasını həyata keçirmək, valideynlərin bu istiqamətdə bacarıqlarının artırılmasına nail olmağı planlaşdırır. Video dərslər yüngül diaqnoza sahib uşaqların və ya peşəkar reabilitasiyaya dəstək olmaq üçün ev şəraitində valideynlərin fərdi məşğələlər keçirməsini hədəfləyir.
Serebral iflic uşaqların fiziki və zehni inkişafını, onlara qayğını, qulluğu və ilkin yardımı əks etdirən 7 istiqamət üzrə 50 video dərs hazırlanmış və mobil tətbiqə və veb səhifəyə yüklənmişdir. Video dərslərin mövzuları və məzmunu nevroloq, pediatr, psixoloq, loqoped, idman müəllimi və pedaqoqun daxil olduğu layihə komandası tərəfindən hazırlanmışdır. Video dərslərin məzmunu hazırlanan zaman Türkiyə, Rusiya və Qərb mütəxəssislərinin tədris proqramı və vəsaitlərindən istifadə olunmuşdur.