Description
Çox sayda müxtəlif təyinatlı Azərbaycan dili lüğətləri bir oflayn-proqram daxilində! Sizə aşağıda sadalanan imkanları təqdim edəcək pulsuz proqrama sahib olun:
• Azərbaycan dili sözlərinin izahını, sinonimlərini, omonimlərini, antonimlərini və müxtəlif xarici dillərə tərcüməsini asanlıqla tapmaq;
• Xarici dil sözlərinin Azərbaycan dilində qarşılığını seçmək;
• Lazım olan sözləri yalnız baş hərflərinə görə deyil, həm də son və ya ortadakı hərflərə görə tapmaq;
• Lazım olan sözləri və söz birləşmələrini təkcə lüğət məqalələrinin başlıqlarında yox, məzmununda da axtarmaq;
• Xoşunuza gəlmiş lüğət məqalələrini “Əlfəcinlər” siyahısına daxil etmək;
• Əvvəl baxdığınız sözləri “Tarix” siyahısından asanlıqla tapmaq;
• Lüğətləri söndürmək/qoşmaqla və onların əks etdirilmə ardıcıllığını dəyişməklə proqramı özünüzün fərdi tələblərinə uyğun xüsusiləşdirmək;
• Yeni (izahlı, tərcümə və terminoloji) lüğətlər çıxdıqca, onları yükləmək.
Bunlardan əlavə, interfeys üçün sizi qane edən dil (Azərbaycan, Rus və ya İngilis) və zahiri görünüş – “mövzu”, təyin etmək imkanı proqram ilə işinizi daha da rahat və xoş edəcək!
Qeyd. Proqramın imkanlarından tam surətdə faydalana bilməyiniz üçün mobil qurğunuza Azərbaycan dili klaviaturasını quraşdırmağınızı tövsiyə edirik.