Description
Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması layihəsi çərçivəsində səsləndirilmiş hekayələr dinləyicilərə həm sayt, həm də mobil tətbiq vasitəsilə təqdim olunur. Qeyd edək ki, ilk dəfə olaraq ölkəmizdə mobil tətbiq vasitəsi ilə görmə məhdudiyyətli uşaqlar rahatlıqla eşidərək mobil tətbiqdən istifadə edəcəklər. Mobil tətbiq səsli və normal rejimdə işləyir. Səsli rejim görmə məhdudiyyətli dostlarımızın rahat istifadəsi üçün nəzərdə tutulub.