Description
ilk5il-in yaradılmasında əsas məqsəd valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirməkdir. Bu mobil tətbiqetmə proqramı valideynlərə övladlarının ilk 5 ilində tərbiyyə olunmasında, onların fiziki, əqli, sosial-emosiyanal, psixoloji, ilkin estetik zövq və dünyagörüşün formalaşması istiqamətində yardımçı olacaqdır.
ilk5il mobil tətbiqetməsi “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində yaradılmışdır. Layihə Avropa İttifaqının maliyyə dəstəyi və UNİCEF-in dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.
Mobil tətbiqin məzmunu ilk5il.az-ın yeganə məsuliyyətidir və Avropa Birliyinin fikirlərini əks etdirmir.